Yenə “Qarabağ” imzası… Premyer Liqanın son 10 ilində ilk!

00:40 Azarkeş 111
Yenə “Qarabağ” imzası… Premyer Liqanın son 10 ilində ilk!

Misli Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 28-ci turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. 12-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.

28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub.

2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 18:10 Çək və bizə göndər!