Azərbaycan klubu bütün dünyanın diqqətini çəkdi

16 Aprel 13:20 Azarkeş 4 446
Azərbaycan klubu bütün dünyanın diqqətini çəkdi

Dünya klublarının reytinq cədvəli yenilənib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan klublarından “Qarabağ” ən yüksək göstəriciyə malik olmaqda davam edir.

Ağdam təmsilçisi son cədvəllə müqayisədə bir pillə irəliləyərək 181-ci yerə yüksəlib.

“Qarabağ”la yanaşı, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Şamaxı”, “İmişli” və “Karvan-Yevlax”da da irəliləyiş müşahidə olunub. Xüsusən də yevlaxlılar 156 pilləlik sıçrayışla diqqət çəkiblər. Digər debütant “İmişli” isə 88 komandanı qabaqlayıb.

“Zirə” reytinqdə əvvəlki mövqeyində qalıbsa, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” geriləyib. Gəncəlilər düz 127 addımlıq geriləmə ilə yadda qalıb.

181 (1). “Qarabağ” – 80,8 xal
288 (20). “Sabah” – 79,1
544 (0). “Zirə” – 75,6
659 (6). “Turan Tovuz” – 74,3
666 (17). “Neftçi” – 74,2
1000 (-60). “Araz-Naxçıvan” – 71,4
1275 (70). “Şamaxı” – 69,4
1393 (88). “İmişli” – 68,6
1583 (-22). “Sumqayıt” – 67,6
1672 (-87). “Qəbələ” – 67,2
2077 (-127). “Kəpəz” – 65,4
2535 (156). “Karvan-Yevlax” – 63,6

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM