“Qarabağ”dan sonra yalnız bu klub... Limiti aşdı

10 Aprel 09:00 Azarkeş 1 448
“Qarabağ”dan sonra yalnız bu klub... Limiti aşdı

Misli Premyer Liqasının 26-cı turu bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri azarkeşlərlə bağlıdır.

Bu turun 6 oyununda tribunalarda ümumilikdə 3935 tamaşaçı olub. Orta hesabla hər matça 656 nəfər düşür.

Bu, cari mövsümün ən az azarkeş toplayan 4-cü turudur. Bu baxımdan antirekord 3200 tamaşaçı ilə 9-cu turdur.

“Qarabağ” və “Sumqayıt” cari mövsüm 30 000 tamaşaçı limitinə çatan ilk iki komanda olub. 26-cı turda “kimyaçılar”ın “Neftçi” ilə (1:3) ev görüşünü 1950, ağdamlıların “Karvan-Yevlax”la (7:0) matçını 800 azarkeş izləyib.

Mövsüm ərzində “Qarabağ”ın 14 ev qarşılaşmasına 30 115, “Sumqayıt”ın doğma divarlar arasındakı 13 oyununa isə 30 460 nəfər toplaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!