Millinin xoş günündə pis mənzərə - Yaddan çıx(may)an FOTOLAR

13 Aprel 23:40 Azarkeş 944
Millinin xoş günündə pis mənzərə - Yaddan çıx(may)an FOTOLAR

"FİFA series - 2026" beynəlxalq turniri ölkəmizdə start götürüb.

Açılış oyununda Azərbaycan millisinin qonağı Sent Lusiya yığması olub.

Görüş gözlənildiyi kimi, Ayxan Abbasovun yetirmələrinin rahat qələbəsi ilə yadda qalıb - 6:1.

1.5 ildən sonra gələn qələbəni tribunalarda elə də çox azarkeş izləməyib.

Görüşün keçirildiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna gələnlərin sayı vur-tut 1000 nəfər ancaq olardı.

Təbii ki, tamaşaçı sayının az olmasında hava şəraiti də az rol oynamadı.

Oyun günü səhər saatlarından başlayan yağış 90 dəqiqə ərzində də dayanmadı.

Amma buna rəğmən milli üçün arenanın yolunu tutan sumqayıtlılar final fitinə qədər yığmanın yanında olublar.

Matçdan çəkilmiş fotoları sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM