Bu xanımlar “Mall”a getmədi, “Qarabağ”a gəldi - FOTOLAR

9 Mart 11:00 Azarkeş 1 001
Bu xanımlar “Mall”a getmədi, “Qarabağ”a gəldi - FOTOLAR

Xəbər verdiyimiz kimi, “Qarabağ” 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə “Araz-Naxçıvan”la keçirilən oyuna girişi pulsuz edib.

Sportinfo“.az xəbər verir ki, komandanın qadın azarkeşləri bu jesti cavabsız qoymayaraq, onlara dəstək olmağa gəliblər.

Misli Premyer Liqasının XXIII turunun matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunub.

90 dəqiqə "köhlən atlar"ın 6:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Joni Montiel (15-p.), Leandro Andrade (33, 36), Kamilo Duran (64-p., 89) və Musa Qurbanlı (83) vurublar.

"Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM