Bu gecə “Qarabağ” - “Sabah” matçında stadion dolacaq?

08:40 Azarkeş 153
Bu gecə “Qarabağ” - “Sabah” matçında stadion dolacaq?

Premyer Liqanın 22-ci turunda keçiriləcək “Qarabağ” – “Sabah” matçına satılmış biletlərin sayı açıqlanıb.

Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyuna artıq 9500 bilet satılıb.

Klubdan o da bildirilib ki, biletlər məhdud sayda qalıb.

“Qarabağ” – “Sabah” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlərin qiyməti 5, 10 və 20 AZN təşkil edir.

Biletlər iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Biletləri oyun günü isə həm stadionun kassalarından həm də, iTicket.az saytından əldə edə bilərsiniz!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti