Premyer Liqanın 22-ci turunun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Son çempion "Qarabağ" hazırkı lider "Sabah"ı qonaq edəcək.
Matçın əhəmiyyəti böyükdür. Hətta çempionluq qarşılaşması sayanlar da var.
Bu səbəbdən oyuna adət etmədiyimiz sayda tamaşaçı gələcəyi ehtimal olunur.
Qonaqların canfəşanlığını xüsusi qeyd edə bilərik.
Artıq onlar üçün ayrılan bütün biletlər satılıb.
"Sabah"a ayrılan təxminən 2000 bilet bitib.
"Qarabağ" - "Sabah" görüşü sabah 19:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

