“Qarabağ” gəldi, plan tutdu - “İmişli” bundan sonra görün nə edəcək!

16:00 Azarkeş 181
“Qarabağ” gəldi, plan tutdu - “İmişli” bundan sonra görün nə edəcək!

Bu mövsümdən Premyer Liqaya qucaq açan Quba Olimpiya İdman Komleksinin stadionunun tribunaları ilk dəfə doldu.

Premyer Liqanın 20-ci turu “İmişli”nin ev oyunlarında tamaşaçı rekordu ilə əlamətdar oldu.

“Qarabağ”la matç 3500 nəfəri bir araya topladı. Hərçənd indiyədək bu şimal rayonunda 10 ev oyunu keçirən “İmişli” əvvəl üst-üstə cəmi 3670 tamaşaçını arenaya əlb edə bilmişdi.

Budəfəki anlaşlaqı təsadüfi saymayın. Bunun arxasında düşünülmüş hazırlıq planı dayanır.

.Nominal ev sahibləri “Qarabağ”la görüşdən günlər öncə rayon ərazisində geniş təbliğat-təşviqat kampaniya aparıb.

Qubanın mərkəzi və ətraf küçələrinə oyuna aid afişalar yerləşdirilib. Biletlərin qiyməti də düzgün müəyyənləşdirilib - 3 manat.

Aydın məsələdir, “Qarabağ” Qubaya tez-tez gəlmir və gəlməyəcək. Bu il ərzində 1-2 dəfə ola bilər, ya ola bilməz.

Avrokuboklardakı uğurlu çıxışı ilə özünü bütün ölkəyə sevdirən “Qarabağ”ı canlı izləmək üçün 3 manat nədir ki?

Son oyun göstərdi ki, Qubada azarkeş potensialı mövcuddur. Sadəcə, onlarla iş aparmaq, stadiona cəlb etmək gərəkdir. “İmişli” rəhbərliyi artıq bu yolu tutub.

Yerli fanatlarla əlaqələrin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılacaq.

Odur ki, debütantın növbəti matçlarında da qələbəlik görsəz, təəccüb içində yerinizdə donub qalmayın!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti