Siz də baxın, “Qarabağ”ı Qubada necə qarşıladılar! - VİDEO

15 Fevral 08:20 Azarkeş 671
Siz də baxın, “Qarabağ”ı Qubada necə qarşıladılar! - VİDEO

Misli Premyer Liqasının “İmişli” - “Qarabağ” matçında (0:1) diqqətçəkən hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, Quba Olimpiya Stadiounda keçirilən qarşılaşmada tribunaların böyük hissəsi dolub.

Rəsmi olaraq 6 min tamaşaçı tutumu olan arenada matçı 3500 azarkeş izləyib.

Adətən, “İmişli” komandasının müvəqqəti olaraq ev oyunlarını keçirdiyi Quba stadionunda matçlara arenada cəmi 100-200 azarkeş baxır.

Bu dəfə tamaşaçıların çoxluğu isə “Qarabağ” komandasına Qubada və ətraf rayonlarda olan maraq və sevgi ilə bağlıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti