“Nyukasl” üçün “Qarabağ”ın üstünə “ordu” gəlir

19:40 Azarkeş 182
“Nyukasl” üçün “Qarabağ”ın üstünə “ordu” gəlir

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyun Bakıda, cavab görüşü bir həftə sonra Nyukaslda baş tutacaq.

İngiltərə təmsilçisi ölkəmizdəki səfər qarşılaşmasında tribunalardan ciddi dəstək hiss edəcək.

“Qarabağ” qonaq tərəfdarlar üçün 2 minə yaxın bilet ayırıb. Dəqiq desək, 1998 ədəd.

Hər nə qədər maraqlı olsa da, bunlardan təxminən 1880-ü artıq satılıb. Matça bir neçə gün qaldığınızı nəzərə alsaq, biletlərin oyun saatına qədər tam satılacağına şübhə yoxdur.

Yeri gəlmişkən, “Nyukasl” Azərbaycana səfər edəcək azarkeşlərə müraciət edərək onları diqqətli olmağa səsləyib:

“Ramazan ayının 17 fevral axşamı başlaması, orucun isə 18 fevral çərşənbə günü sübh vaxtından etibarən tutulması gözlənilir. Bu dövrdə oruc tutan yerli sakinlərə və mədəniyyətə hörmətlə yanaşmağınız xahiş olunur.

Xüsusilə tarixi əhəmiyyətli yerlər və abidələr ətrafında davranışınıza diqqət yetirmək vacibdir. Şəhidlər Xiyabanı xüsusilə həssas məkandır və bu kimi ərazilərdə hörmətsiz və ya narahatedici davranış polis müdaxiləsi ilə nəticələnə bilər".

Fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti