"Neftçi" və "Qarabağ" arasında yeni insident - SON DƏQİQƏ

16:00 Azarkeş 620
"Neftçi" və "Qarabağ" arasında yeni insident - SON DƏQİQƏ

"Neftçi" - "Qarabağ" arasında gərginlik böyüyür.

Bu dəfə Əvəzedicilər Liqasının 15-ci tur oyunundan öncə insident yaşanıb.

Söhbət hər iki komandanın əvəzedici kollektivləri arasında keçirilən görüşdən gedir.

Təxminən 70-80 nəfər qonaq azarkeş matçın keçirildiyi "Palms Sports Arena"nın 4-cü meydançasına gəlib.

Onları bağlı giriş qapısı və mühafizəçilər qarşılayıb.

Fanatlara heç bir səbəb göstərilmədən arenaya daxil olmaları qadağan edilib.

Meydan sahiblərinin tərəfdarlarına isə heç bir məhdudiyyət qoyulmayıb.

Belədə tərəflər arasında mübahisə böyüyüb.

"Qarabağ" azarkeşlərinin ciddi cəhdlərinə rəğmən onlar stadiona buraxılmayıb.

Hazırda görüşün ikinci yarısı keçirilir. Və qonaqlar bağlı qapılar arxasında qalıb.

Son günlər iki əzəli rəqib arasında münasibətlərin pisləşdiyini bildirək.

Çempionlar Liqasında mübarizə aparan "Qarabağ"ın "Nyukasıl"la görüşlər arasında "Neftçi" ilə Premyer Liqa oyunu var.

Ağdam klubunun matçın təxirə salınması ilə bağlı istəyinə "ağ qaralar" "yox" cavab verib.

Məsələ hələ də qapanmayıb.

"Atlılar" israrla həmin görüşün təxirə salınmasına çalışır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti