“Onlardan soruşmadım ki, “Liverpul”u, yoxsa “Qarabağ”ı dəstəkləyəcəklər”

28 Yanvar 05:30 Azarkeş 733
“Onlardan soruşmadım ki, “Liverpul”u, yoxsa “Qarabağ”ı dəstəkləyəcəklər”

“Azərbaycanda “Liverpul”un azarkeşləri çoxdur, onlar 10-15 ildir ki, bu komandanı dəstəkləyirlər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri matçdan əvvəl deyib.

O, İngiltərə klubunun Azərbaycandakı azarkeşlərindən danışıb:

“Həmin azarkeşlərin içində elələri var ki, mən onları şəxsən tanıyıram. 10-15 ildir ki, bu komandanı dəstəkləyirlər.

Bəziləri bu oyun üçün İngiltərəyə gəlib. Düzdür, onlardan soruşmadım ki, sabah “Liverpul”u, yoxsa “Qarabağ”ı dəstəkləyəcəklər.

Yəni bu komanda Azərbaycanda sevilir. Ümid edirəm ki, bu oyundan sonra da ölkəmizdə futbola maraq çoxalacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM