CİDDİ TƏLƏB VAR - "Avrokuboklar bizim şəhərə gəlsin"

31 Dekabr 2025 22:30 Azarkeş 179
CİDDİ TƏLƏB VAR - "Avrokuboklar bizim şəhərə gəlsin"

Premyer Liqada mövsümün birinci yarısını uğurlu keçirən komandalardan biri “Sumqayıt” oldu.

16 turdan sonra aktivində 27 xalı olan kolektiv 5-ci pillədə yer alır.

Amma Saşa İliçin yetirmələrini üçüncü sıradan cəmi 2 xal ayırır.

Yaxşı nəticənin qazanılmasında yerli publikanın da əməyi danılmazdır.

Əbəs deyil ki, təkcə kollektiv meydanda yaxşı mənada fərqlənmədi, həm də tribunada azarkeşlər ön plana çıxmağı bacardı.

Belə ki, mövsümün birinci yarısı ən çox azarkeş məhz “Sumqayıt”ın oyunlarına gəlib.

9 ev matçına 25810 tamaşaçı cəm olub.

Orta hesabla 2868 nəfər “gənclik şəhəri”nin görüşlərini tribunadan izləyib.

Futbolun bəzəyi tamaşaçılardır. Hər dəfə məşqçilər və futbolçular danışır. Bu dəfə sözü fanatlara verdik.

"Kimyaçılar"ın azarkeşlərlə əlaqələndiricisi Sənan Mirzəyev Sportinfo.az-a açıqlamasında birinci yarını lider kimi tamamlamaqları ilə bağlı bunları dedi:

"İlk öncə mövsümün birinci yarısını lider kimi bitirən sumqayıtlı azarkeşlərə öz minnətdarlığımı bildirirəm. Onlar hər zaman birinci olmağa layiqdir. Digər tərəfdən özüm də sevinirəm. Bu nəticələr komandanın, bizim və bütün kollektivin nəticəsidir".

Təcrübəli tribuna adamı yeni ildən də gözləntilərini bizimlə bölüşüb:

"2026-cı ildə nəticələrin daha yaxşı olacağına inanırıq. Birinci yarının bəzi məqamlarında bəxt bizdən üz döndərdi. Amma buna rəğmən avrokuboklara getmək şanslarını özümüzdə saxlayırıq. İnanıram ki, azarkeşlərimiz mövsümün sonuna kimi liderliyini qorumağı, klub isə avrokuboklara getməyi özündə qoruyub saxlayacaq. Məhz bu istəklə oyunlarda iştirak edəcəyik. Avrokuboklar bizim şəhərə gəlsin!".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır