Premyer Liqada mövsümün birinci yarısı “Sumqayıt” üçün uğurlu keçdi.
16 turdan sonra aktivində 27 xalı olan kolektiv 5-ci pillədə yer alır.
Amma Saşa İliçin yetirmələrini üçüncü sıradan cəmi 2 xal ayırır.
Yalnız komanda yaxşı mənada fərqlənmədi, həm də klubun azarkeşləri ön plana çıxmağı bacardı.
Belə ki, mövsümün birinci yarısı ən çox azarkeş məhz “Sumqayıt”ın oyunlarına gəlib.
9 ev matçına 25810 tamaşaçı cəm olub.
Orta hesabla 2868 nəfər “gənclik şəhəri”nin görüşlərini tribunadan izləyib.
Sportinfo.az-a açıqlama verən serbiyalı yarımmüdafiəçi Nikola Ninkoviç bu məqamın uğurlu çıxış etmək yolunda önəmli olduğunu bildirib:
“Azarkeşlər bizim üçün çox şey deməkdir. Hər oyun yanımızda olmalarından məmnunuq.
Onların dəstəyi mövsümün sonunda cədvəldə yüksək yerlərdən biri uğrunda mübarizədə son dərəcə vacibdir.
Ona görə də ümid edirəm ki, gələcəkdə onların sayı daha da artacaq”.
XANOĞLAN

