"Premyer Liqamıza bir yox, bir neçə "Qarabağ" lazımdır"

16:05 Azarkeş 131
"Premyer Liqamıza bir yox, bir neçə "Qarabağ" lazımdır"

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün birinci yarısı arxada qaldı. Təəssüf ki, yenə diqqətçəkən məqam tribunlarda çox sayda azarkeşlərin olmaması oldu.

Bir çox oyunlar 300-500 nəfər qarşısında keçirildi.

Yalnız “Sumqayıt”, “Turan Tovuz” komandalarının ev oyunlarında ajotaj yaşanırdı. O da hər dəfə yox.

Son çempion “Qarabağ”ın isə ev oyunlarında azarkeş sayı ürəkaçan olmasa da, səfər matçları azarkeşlərin böyük marağı ilə yadda qaldı.

Bura Qəbələ, Sumqayıt, Masazır səfərlərini misal çəkə bilərik.

Yəqin ki, “Karvan”, “Kəpəz” və “Turan Tovuz” da ev oyunlarını doğma şəhərində keçirsəydi eyni hal yaşanacaqdı. Əvvəlki illərin təcrübəsi belə deməyə əsas verir.

Maraqlıdır, eyni ab-havanın bütün görüşləri əhatə etməsi üçün nə çatmır? Bəlkə, liqa üçün bir “Qarabağ” azdır, daha 2-3 bu səviyyədə kluba ehtiyac var?

Suallarımıza elə “kəhər atlar”ın təcrübəli oyunçusu Bəhlul Mustafazadə cavab verib:

“Şübhəsiz, Premyer Liqamıza bir neçə "Qarabağ" lazımdır. Rəqabət üçün bu məqam çox vacibdir.

Daha çox klubun çempionluq mübarizəsində olması önəmlidir. “Qarabağ” olaraq bizim üçün də müsbət hal olar.

Bunun üçün nə çatmır demək isə mənim üçün çətindir”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır