"Sabah" və "Qarabağ" ilə bağlı hər kəsi sevindirəcək xəbər - SON DƏQİQƏ

14:00 Azarkeş 315
"Sabah" və "Qarabağ" ilə bağlı hər kəsi sevindirəcək xəbər - SON DƏQİQƏ

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçiriləcək.

"Sabah" öz meydanında "Qarabağ"la üz-üzə gələcək.

Hazırda Ağdam təmsilçisinin 33 xalla lider, "tələbələr"in isə 31 xalla ikinci sırada olması matçın prinsipiallığını birə beş artırmış olur.

Əbəs deyil ki, qarşılaşmaya azarkeş marağı da böyükdür.

Belə ki, klubdan əldə etdiyimiz məlumata görə, bu saata qədər 4000-dən artıq bilet satılıb.

Matçın başlamasına kimi sayın daha çox olacağı ehtimalı yüksəkdir.

Bu isə təxminən 9000 nəfər azarkeş tutumu olan "Bank Respublika Arena"da anşlaq olacağından xəbər verir.

Xatırladaq ki, saat 19:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti