TƏCİLİ CAĞIRIŞ: "Bu məşqçini əldən verməyin, müqaviləni elə indidən uzadın"

20:40 Azarkeş 403
TƏCİLİ CAĞIRIŞ: "Bu məşqçini əldən verməyin, müqaviləni elə indidən uzadın"

"Sumqayıt" Premyer Liqanın 12-ci turunu məğlubiyyətlə arxada qoydu.

"Kimyaçılar" son çempion "Qarabağ"a məğlub oldu - 2:4.

Amma məğlubiyyətə rəğmən göstərilən oyundan futbol icatimaiyyəti razı qaldı.

Elə yerli publika da arenaya gəlməsinə peşman olmadı.

Bunu klubun ərsmi hesablarına gələn pozitiv şərhlərdən görmək mümkündür:

"Sumqayıt" həvəsdən düşməməlidir. Əhsən belə kollektivə".

"Məşqçi ilə müqaviləni indidən uzadın. Belə məşqçi tapa bilmərsiz. Hakim səhv etməsə, yaxşı oyun gedirdi".

"Hakimin səriştəsiz oyunu gül kimi mübarizəli oyunu məhv etdi".

"Sumqayıt" yaxşı oynadı. Belə davam etsələr ilk üçlükdə ola bilər".

"Sumqayıt" komandasını təbrik edirəm. "Qarabağ"a qarşı əla oyun göstərdi. Unutmayaq ki, rəqib nəinki Azərbaycanın hətta dünya futbolunun söz etdiyi komandadır".

"Bu məşqçini əldən verməyin. Əməlli-başlı oyuna hazırlaşmışdı. Çox maraqlı rotasiyalar elədi. Bir də ikinci yarıda meydana daxil olan Nadir adlı oyunçuda nəsə var".

"Sumqayıt" komandası əla oyun göstərdi. Həm legioner, həm də yerli futbolçular yüksək peşəkar göstərdilər".

"10 nəfər vuruşduq".

"Qırmızı vərəqə biabırçılıqdır idi. Uşaqlar ürəklə oynadı".

"Oyuna baxmaqdan zövq aldım".

"Əhsən "Sumqayıt"

"Əla oynadı "Sumqayıt"

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...