Fransadan Bakıya neçə “12-ci oyunçu” gələcək?

12 Noyabr 19:40 Azarkeş 743
Fransadan Bakıya neçə “12-ci oyunçu” gələcək?

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Fransa seçməsi Bakıda tək olmayacaq.

Fransadan ölkəmizə kifayət qədər azarkeş gələcək.

Əldə etdiyimiz bilgiyə görə, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunun qonaqlar üçün nəzərdə tutulmuş tribunasında təxminən 100 nəfər fransız azarkeç yer alacaq.

Fransa Futbol Federasiyasından AFFA-ya verilən məlumatda say bu şəkildə göstərilib.

Maraqlıdır ki, yerli media da bu oyuna ciddi maraq göstərir. Sözügedən ölkədən paytaxtımıza 50-yə yaxın jurnalistin gəlməsi nəzərdə tutulmuş. Onlar qəzet, sayt, radio və televiziya əməkdaşlarıdır.

Həmkarlarımız təkcə oyundan yox, Bakıdan da xüsusi reportajlar hazırlayacaq.

Bu, o deməkdir ki, Azərbaycan – Fransa qarşılaşması Fransada xüsusi şəkildə təqdim olunacaq.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş