Ürəyi futbolla döyünən hər kəs dəqiqələri sayır.
Bu gün Suraxanıda Azərbaycan derbisi baş tutacaq.
Əzəli və əbədi rəqiblər “Qarabağ”la “Neftçi” Premyer Liqanın 11-ci turunda münasibətlərinə aydınlıq gətirəcəklər.
Turun mərkəzi qarşılaşmasından əvvəl hər iki komandanın aparıcı azarkeş qrupları – “İmarət”lə “Forza Neftçi” bir araya gəlib.
Ölkənin “dəli” fanatlarının cəmləndiyi qruplar 8 Noyabr – Zərə Günü ilə əlaqədar plan hazırlayıb.
Təfərrüata vara bilməsək də, onu deyə bilərik ki, Azərbaycan Ordusunun zəfəri münasibəti ilə hər iki azarkeş qrupu bir-birini dəstəkləyən bannerlər açacaq.
Stadionlarda bir-birinə rəqib olan azarkeş dəstələrinin ölkənin həssas günündə bir araya gəlib birlik nümayiş etdirməsi bir daha Azərbaycan xalqının iradəsindən və möhtəşəmliyindən xəbər verir.
Noyabrın 9-da “Azersun Arena”da keçiriləcək görüş saat 18:44-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

