“Çelsi” əlimizdən qaçdı…” - Möhtəşəm gecədən FOTOREPORTAJ

01:10 Azarkeş 119
“Çelsi” əlimizdən qaçdı…” - Möhtəşəm gecədən FOTOREPORTAJ

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur çərçivəsində “Qarabağ” İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb.

Bir vaxtlar bu rəqib qarşısında 0:6 və 0:4 kimi acı məğlubiyyətlər yaşayan “Qarabağ” üçün bu nəticə sadəcə bir heç-heçə yox, həm də zamanın dayandığı andır.

Zaman demişkən, ingilislər “Zaman”ın hikmətinə yaxşı bələddirlər.

Hələ ötən əsrdə Kraliça II Elizabetə hədiyyə edilən Qarabağ atı “Zaman”, təkcə bir at yox-Azərbaycanın dözümlülük və iradə simvolu idi.

Sadəcə bir oyun kimi görünə bilər, amma hər Qarabağ adı çəkiləndə, “Zaman”ın hayqırtısı Avropanı yenidən silkələyir.

Bəlkə elə buna görə, oyunun şərhçisi Ertem Şener də nöqtəni belə qoydu:

“Çelsi” əlimizdən qaçdı…”

Zəfər gününə sayılı günlər qalmış “Qarabağ”ın hədiyyə kimi oyunundan "qadqazin"fonun əməkdaşı Pərvin Zeynalın çəkdiyi fotoları təqdim edirik:




















en-gozel-45-deqiqe






































Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 17:10 Çək və bizə göndər!