Premyer Liqa oyunlarına ən çox hansı rayonda baxırlar?

4 Noyabr 09:00 Azarkeş 1 232
Premyer Liqa oyunlarına ən çox hansı rayonda baxırlar?

Premyer Liqanın X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib.

Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.

Ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:10 Çək və bizə göndər!
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq