Bir “Qarabağ”la, bir də,..

26 May 2024 14:25 Azarkeş 1 739
Bir “Qarabağ”la, bir də,..

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib.

Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub.

Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"