COP29

Bölgə klubunda narazılıqla qarşılanan qərara RƏSMİ REAKSİYA

19 Aprel 16:00 Azarkeş 746
Bölgə klubunda narazılıqla qarşılanan qərara RƏSMİ REAKSİYA

Azərbayacan Premyer Liqasında 31-ci tura Tovuzda start veriləcək.

Avrokuboklara iddialı “Turan Tovuz” bu yolda əsas rəqiblərindən biri olan “Sumqayıt”ı qonaq edəcək.

Təqdimatdan göründüyü kimi, matçın əhəmiyyəti hər iki tərəf üçün də böyükdür.

Amma qəribəsi odur ki, qarşılaşma həftənin iş gününə təyin olunub. Qarşılaşma 5-ci gün saat 16:30-da start götürəcək.

Halbuki Tovuz şəhər stadionundan ev sahibi kimi istifadə edən “Kəpəz” bazar günü “Sabah”ı qonaq edəcək.

Yerli azarkeşlərin də narazılığına səbəb olan qərar barədə Premyer Liqanın təşkilatçılığına cavabdeh olan Peşəkar Futbol Liqasına müracət etdik.

Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Sportinfo.az-ın sorğusuna cavab olaraq bunları deyib:

“Turan Tovuz”un azarkeşlərinə çox böyük hörmətimiz var. Onlar hər zaman həm çempionata rəng qatıblar, həm də komandalarına dəstək olublar.

Azarkeşlər içində çox sayda fədakar insanlar var. Tovuz klubunun ev oyunlarına gəldikdə, komanda indiyə qədər keçirdiyi 15 ev oyunundan 12-sini şənbə və ya bazar günləri oynayıb, 3 oyun həftəiçinə təsadüf edib.

Maraqlısı odur ki, ev oyunlarında indiyə qədər 2 dəfə 6 min tamaşaçı olub ki, bunlardan biri məhz həftəiçi matça təsadüf edib.

Əgər çempionat adətən cümə, şənbə və bazar günləri keçirilirsə, bir klubun cümə günü oynamaması ümumiyyətlə mümkün deyil.

Bu 15 oyundan cəmi üçü həftəiçinə təsadüf edibsə, bu o deməkdi ki, PFL olaraq məhz azarkeşləri düşünmüşük”.

Digər Xəbərlər
Xəbər Lenti