Azərbaycan klubu ətrafında səngiməyən söz-söhbətlərə RƏSMİ AÇIQLAMA gəldi

22 Mart 19:25 Azarkeş 1 363
Azərbaycan klubu ətrafında səngiməyən söz-söhbətlərə RƏSMİ AÇIQLAMA gəldi

Son günlər ən çox müzakirə olunan klublardan biri də “Sumqayıt”dır.

Daha dəqiqi, onun azarkeşləri.

Belə ki, uzun fasilədən sonra, nəhayət, bu ildən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu klubun ixtiyarına verildi.

Yenidənqurmadan sonra arenanın açılış oyunu “Neftçi” ilə matça təsadüf etdi. “Kimyaçlar”ın 2:1 hesablı qələbəsilə bitən görüşü tribunalardan 8100 tamaşaçı izlədi.

Premyer Liqa matçında bu sayda adamı görmək sevindiricidir.

Gözləmək olardı ki, “ağ qaralar” üzərində qələbə növbəti ev oyunlarında da yerli camaatın arenya üz tutmasına əlavə stimul olacaq.

Amma olmadı! Sonrakı 3 ev oyununda (“Turan Tovuz”la matçda 1480, “Kəpəz”lə oyunda 800, “sabah”la qarşılaşmada 1500) vur-tut 3780 azarkeş tribunalarda yer aldı.

Sumqayıtlı futbolsevərlər yerli komandanın oyunlarına marağın az olmasını müxtəlif səbəblərlə izah edirlər. Ev oyunları üçün təbliğatın yetərli olmadığını deyənlər də var, biletlərin qiymətinin 2 manatdan başlamasını qabardanlar da.

Biz də yaranmış suallara aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə danışdıq.

O, ev oyunları ilə bağlı Sumqayıt əhalisinə yetəri qədər məlumat verilməməsi barədə iradlara belə cavab verib:

“İddia etmirəm ki, ideal iş görmüşük. Ümumiyyətlə, heç bir sahədə və ya hansısa fərdin özündə ideal iş olmur.

Amma biz maksimum əlimizdən gələni etməyə çalışmışıq. Oyunun vaxtından tutma insanlara matç gününün çatdırılmasına qədər.

Məsələn, “Sabah”la son ev oyunu üçün bütün hazırlıqlara "Kəpəz"lə ev oyunundan başladıq. Oyunun fasiləsində arenanın monitorlarında "Sabah"la oyunun afişası nümayiş olundu.

"Səbail"lə oyunun səhəri günü biletləri satışa çıxardıq. Düz bir həftə əvvəl.

Bununla bağlı sosial şəbəkə hesablarından elan verdik. Şəhərdə insanların çoxluq təşkil etdiyi mərkəzi yerlərə afişalar payladıq.

7, 8, 5 nömrəli marşurutlara afişalar vuruldu. Hər biri şəhərin ən aktiv marşurt xətləridir.

Afişalar A3 formatında hazırlanıb. Kifayət qədər böyük ölçüdür.

Hətta mərkəzdə yerləşən böyük ekranda oyunun videoçarxı nümayiş olundu. Tələbələrin diqqətini oyunlara yönəltmək üçün Sumqayıt Dövlət Universitetinin qarşısındakı monitorda da həmçinin.

Afişaları məhlə-məhlə, bina-bina yapışdırmaq mümkün deyil. Adətən, afişalar insanların çox olduğu mərkəzi küçələrə, böyük marketlərə vurulur.

Ümumiyyətlə, müasir dövrdə afişa praktikası bizdə qalıb. Sosial şəbəkə deyilən bir şey var.

Bu gün Azərbaycandan 6 milyon sosial şəbəkə istifadəçisi var. Xəbər almaq üçün resuslar çoxdur.

Azarkeşləri niyə gəlmədi deyə ittiham etmirik. Amma "təbliğat düzgün aparılmır" demək də doğru deyil.

Bununla razılaşmıram. Hər kəsə bir-bir çatmaq və ya çatdırmaq mümkün deyil”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!