"Qarabağ"ın arxasınca...

14 Mart 08:40 Azarkeş 383
"Qarabağ"ın arxasınca...

Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" cavab görüşündə Ağdam təmsilçisinin azarkeşləri də stadionda olacaqlar.

Sportinfo.az xəbər verir ki, "BayArena"dan 1500-1800 "Qarabağ" azarkeşi komandasına dəstək olacaq.

Sözügedən stadion 30 min 210 azarkeş tutumuna malikdir.

Daha əvvəl "Qarabağ"ın yaydığı məlumatda komandanın azarkeşləri üçün "Bayer" tərəfdən 1790 ədəd bilet ayrıldığı və satışa çıxarıldığı qeyd olunmuşdu.

"Bayer" - "Qarabağ" matçı martın 14-dən 15-nə keçən gecə - Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!