"Neftçi" heç kimə maraqlı deyil - REAL MƏNZƏRƏ

13 Mart 19:20 Azarkeş 526
"Neftçi" heç kimə maraqlı deyil - REAL MƏNZƏRƏ

“Neftçi” və “Qarabağ”ın səfər oyunlarına çox azarkeşin gəlməsini adətən bu komandaların adına bağlayırlar.

Amma bu, heç də tam həqiqət deyilmiş.

Tovuzlu azarkeşlər həmin fikri əyani olaraq puça çıxamağı bacardılar.

Belə ki, 26-cı turun “Kəpəz” – “Neftçi” qarşılaşması Tovuz Şəhər Stadionunda keçirildi.

Həmin məntiqlə ehtimal etmək olardı ki, rəqibin adına görə tribunlara yalnız “Kəpəz” yox, həm də yerli azarkeşlərdən də gələn olacaq.

Ancaq arenaya daxil olanda məlum oldu ki, tovuzlu futbolsevərlərə kimin Tovuza gəlməsi o qədər də önəm daşımır.

Əgər meydançaya çıxan “Turan Tovuz” komandası deyilsə, iş-güclərini atıb stadiona gələsi deyillər.

Hər halda, tribunalara cəm olan tamaşaçı sayı belə düşünməyə əsas verir.

Siz oyunun protokolunda yazılan 600 rəqəminə aldanmayın.

Həmin gün əzəli rəqiblərin qarşılaşmasını izləməyə vur-tut 400 tərəfdar ancaq gələrdi.

Onun da əksəriyyəti “Xəmsə” azarkeş qrupunun üzvləri idi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti