Azərbaycanda əsl azarkeş budur! Dərsliklərə salınacaq nümunə - VİDEO

5 Mart 20:00 Azarkeş 2 071
Azərbaycanda əsl azarkeş budur! Dərsliklərə salınacaq nümunə - VİDEO

“Zirə” – “Turan Tovuz” qarşılaşmasında komandalar meydanı hərəyə 1 xalla tərk etdi.

Maraqlı keçən oyunun 70-ci dəqiqəsində stadiona toplaşanları və mavi ekran qarşısında əyləşənləri həyəcan bürüdü.

İkili mübarizə zamanı qonaqların cərimə meydançasında Aydın Bayramovun başından aldığı zərbədən sonra yerdə qalaraq hərəkət etməməsi, baş hakim Rəvan Həmzəzadənin həkimləri təcili meydana səsləməsi “Turan Tovuz”un qapıçısının beyin silkələnməsi ehtimalı yaratdı.

Aydın yerdə qalan anda, ardınca əvəzlənib meydanı tərk edəndə zirəlilərin futbolçunun adını çəkərək alqışlayıb dəstək nümayiş etdirməsi insanlıq nümunəsi adına dərsliklərə salına biləcək birlik və dostluq göstəricisi idi.

Və bir daha əmin olduq ki, futbolçular yalnız oyun zamanı rəqib olur, azarkeşlər 90 dəqiqə ərzində rəqib komandanı təzyiqdə saxlayır.

Bu cür hallar yaşananda isə insanlar arasında birlik ön plana çıxır.

HƏBİB / SPORTİNFO.AZ

Təsirli və sevindirici anların görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!