Almanlar sifariş etdi, “Qarabağ” bu qədər ayırdı

5 Mart 2024 09:20 Azarkeş 9 228
Almanlar sifariş etdi, “Qarabağ” bu qədər ayırdı

Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - Bayer” matçı üçün qonaq azarkeşlərə neçə bilet ayrıldığı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ənənəvi qonaq sektorunda yer alacaq almaniyalı tərəfdarlar üçün 400 bilet sifariş edilib.

Leverkuzen təmsilçisi martın 6-da, axşam radələrində Bakıya gələcək. Komanda "Hilton" hotelində məskunlaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq.

Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"