“Bayer” üçün Bakıya görün nə qədər adam gələcək!

4 Mart 21:20 Azarkeş 5 491
“Bayer” üçün Bakıya görün nə qədər adam gələcək!

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.

“Köhlən atlar” yarışın 1/8 final mərhələsinin ilk görüşü çərçivəsində “Bayer Leverkuzen”lə qarşılaşacaq.

Oyuna maraq yüksək səviyyədədir. Biletlərin iki gün ərzində tükəndiyini göz önünə gətirəndə, cümə axşamı Respublika stadionundakı ab-havanı indidən təsəvvür etmək çətin deyil.

Həmin gün qonaqlar üçün ayrılmış tribunada almaniyalı fanatlar da sevimli komandalarına dəstək verəcək.

Sportinfo.az xəbər verir ki, “Bayer” rəsmiləri öz azarkeşləri üçün “Qarabağ”dan 400 nəfərlik yer istəyib.

Maraq üçün bildirək ki, noyabrda komandalar arasında baş tutan oyunda Almaniyadan Azərbaycana 200-ə yaxın azarkeş gəlmişdi.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-dəbaşlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti