Onların mesajı var - "Qarabağ"lı futbolçular mütləq oxusun!

5 Oktyabr 2023 20:20 Azarkeş 2 169
Onların mesajı var - "Qarabağ"lı futbolçular mütləq oxusun!

Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun matçları start götürəcək.

Təbii ki, hamımızın fikri İsveçdə olacaq.

Avropadakı yeganə təmsilçimiz "Qarabağ" yerli "Hekken"in qonağı olacaq.

İlk turda "Molde"ni evdə məğlub edən komandamıza inam böyükdür.

Bu da səbəbsiz deyil.

İlk turda "Bayer"ə (Leverkuzen") uduzan "Hekken" də "Molde" kimi xalsızdır.

Bu gün doğma meydanda "Bayer"i qəbul edən "Molde"nin yenə xalsız qalmaq ehtimalı yüksəkdir.

Belədə növbəti qələbə "atlılar" üçün növbəti mərhələnin qapısını açmaq sayıla bilər.

Bu durum komandamız üçün əlavə motivasiya mənbəyi sayıla bilər.

Digər tərəfdən ilk matçdakı parlaq futbol da ikinci qələbə eşqini alovlandıran önəmli puntlardan biridir.

Əbəs deyil ki, klubun sosial şəbəkə hesablarına yazılan rəylərin aşağı-yuxarı hamısından "qələbə iyi" gəlir.

Çoxsaylı şərhlərdən bəzilərin təqdim edirik. Ki, futbolçular onu qoxlayıb, məğlubiyyət acısın "Ullevi" stadionunda rəqibə yaşatsınlar:

"Qarabağ" döyünən ürəyimizdir. Səninlə irəli".

"Bunu da udun, bugünkü sevincimiz tam olsun".

"Axşam sevindir bizi, "Qarabağ".

"Molde"ni udan bunu da udar".

"Dünyada milyonlarla azarkeşi olan "Qarabağ". Dünyada dövlətini, xalqını, bayrağını layiqli təmsil edən yeganə klubumuz. Bu oyunda da Allah köməyiniz olsun".

"Yalnız qələbə".

"Bu komanda bu qrupdan çıxmalıdır".

"Ürəyimiz sizinlədir. Qələbə, yenə də qələbə arzulayırıq".

"Özünüz bilirsiniz".

"Yalnız qələbə istəyirik. Dualarımız sizinlədir".

"Siz bunu bacaracaq gücdəsiniz".

Əlavə edək ki, İsveçin "Ullevi" stadionunda baş tutacaq matça saat 23:00-da start veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI