Bölgə klubu öz azarkeşlərinə necə əziyyət verir? - FOTO FAKT

5 Oktyabr 2023 23:40 Azarkeş 461
Bölgə klubu öz azarkeşlərinə necə əziyyət verir? - FOTO FAKT

“Turan Tovuz” ev oyunlarına ən çox azarkeş cəmlənən klubumuzdur.

Adətən, bölgə klubunun qarşılaşmalarında bəzi azarkeşlər ayaqüstə qalmağa vadar olur.

Təbii ki, ilk ağıllara gələn odur ki, yerlər tam dolur və azarkeşlər çıxış yolunu ayaüstə matça baxmaqda görürlər.

Amma heç məsələ biz düşündüyümüz kimi deyil.

Məsələn, sonuncu “Neftçi” ilə baş tutan ev matçını misal göstərə bilərəm.

Ehtiyat skamiyanın arxası olan tribunlara tam dolmuşdu. Çox sayda azarekeşin əyləşməsinə oturacaq yetməyəcək qədər.

Matçın protokolunda isə görüşü 5000 tərəfdarın izlədiyi yazılıb.

Arenanın tutumu 6500 nəfər olduğunu nəzərə alsaq, deməli 1500 yer sahibini gözləyib.

Bəs bu qədər boş yer varkən tərəfdarlar niyə narahat halda, ayaqüstə qarşılaşmaya baxmaq məcburiyyətində qalır?

Bunun cox absurd səbəbi var.

Belə ki, meydan sahibləri hər dəfə ehtiyat skamiya ilə üzbəüz sektorları bütünlüklə qonaq azarkeşlərə ayırır. Belədə 1500 yer heç nədən sahibsiz qalır. Qonaq fanatlar isə ən yaxşı halda 40-50 nəfər olur.

Belədə "Turan" tərəfi bu qədər yeri boş saxlayıb, qonaqlara rahatlıq vermiş olursa, öz azarkeşlərinə də zülüm etmiş olur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI