Premyer Liqanın 5-ci turu çərçivəsində “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edir.
Bu, həm də liderlə autsayderin qarşılaşması hesab olunur.
Düşünmək olardı ki, bölgə təmsilçisinin çətin günlərində yerli azarkeşlər komandanı dəstəkləmək üçün stadionun yolunu tutacaq, yaxşı gündə olduğu kimi, pis gündə də kollektivin yanında olduğunu göstərəcək.
Amma yox...
“Qarabağ” və “Neftçi” kimi rəqiblərlə oyunlarda tribunada yer davası edənlər yenə “Qəbələ”ni tək buraxıb.
“Red Black Army”nin təxminən 50 nəfər üzvü, ayrı-ayrı sektorlarda üst-üstə 100-150 azarkeş. Maksimum 200 nəfər.
Bu da bölgə azarkeşlərinin ötən mövsüm avrokuboklara vəsiqə qazanmış komandaya “sevgisi”.
HƏBİB / SPORTİNFO.AZ