Azərbaycan klubunda uzun sürən ayrılıq belə bitdi - MARAQLI VİDEO

26 Avqust 2023 16:00 Azarkeş 1 286
Azərbaycan klubunda uzun sürən ayrılıq belə bitdi - MARAQLI VİDEO

"Turan Tovuz" uzun fasilədən sonra doğma azarkeşlərinə qovuşacaq.

Tovuz Şəhər stadionunda gedən təmir-tikinti işləri səbəbindən bölgə klubu arxada qalan 3 turun hamısın rəqib meydanlarında keçirib.

Qərb təmsilçisi sabah doğma divarlar arasında "Səbail"i qəbul edəcək.

Ayxan Abbasovun yetirmələri qarşılaşma üçün dünəndən doğma rayona gedib.

Kollektiv yerli azarkeşlər tərəfindən coşğu ilə qarşılanıb.

Klubun avtobusu bazaya çatar-çatmaz fanatlar bəstələr oxuyub, fakellər yandırıblar.

Tərəfdarların addımı maraqlı görüntürlərə səhnə olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!