
Təmsilçilərimizin avrokubok matçlarını canlı yayımlayacaq kanallar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 10 avqust tarixində baş tutacaq hər üç klubumuzun oyunu canlı olaraq tamaşaçılara təqdim olunacaq.
"Qarabağ"ın Avropa Liqası III təsnifat mərhələsində Finlandiya HİK-na qarşı keçirəcəyi qarşılaşma "İdman TV"də yayımlanacaq. Bu görüş saat 20:00-da başlayacaq.
Saat 20:00-da Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Sabah" - "Partizan" matçını "İctimai TV" təqdim edəcək.
"Neftçi"nin "Beşiktaş"la keçirəcəyi görüş isə "CBC Sport"da canlı olaraq nümayiş etdiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.