Deməli, belə... Azərbaycan klubunda daha bir ilk - VİDEO

13 Avqust 2023 23:00 Azarkeş 1 669
Deməli, belə... Azərbaycan klubunda daha bir ilk - VİDEO

Gözəl işlər asta-asta görülür.

Məsələn, "Sabah"da olduğu kimi.

Klub təkcə nəticələrlə yox, digər sahələrdə gördüyü yaxşı işlərlə diqqət çəkir.

Məsələn, son olaraq komandanın ilk dəfə olaraq Premyer Liqa görüşünə bilet satışını təşkil etməsini deyə bilərik.

Söhbət Premyer Liqanın 1-ci turunun "Qəbələ" ilə oyunundan gedir.

Deyəsən, zamanlama yerində olub. Hər halda pullu giriş də azarkeşlərin arenaya gəlişinə mane olmadı.

Belə ki, "Qəbələ" ilə qarşılaşmanın startına 1 saat qalmışdan biletini alan tamaşaçılar turniketlərin önünə görünməyə başladılar.

Start fitinə az qalmış sıxlıq da diqqətdən qaçmadı.

Düzdü, nəzarətçilərin bir neçə şəxsi biletsiz oyuna buraxması halları da baş verdi.

İlk olduğunu nəzərə alsaq, bu kimi boşluqlara rəğmən atılan addımı uğurlu adlandırmaq olar.

Hər halda, statistika da sözümüzü təsdiqləyər.

Birinci turda keçirilən matçlar arasında ən çox tamaşaçı "Kəpəz" - "Neftçi" oyununa (2955 nəfər) gəlibsə, ikinci oyun "Sabah" - "Qəbələ" görüşü (1500 nəfər) olub.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI