Əyalət klubunda qəribə iddia: "Futbolçular rəhbərliklə məzələnir"

4 Avqust 2023 19:40 Azarkeş 838
Əyalət klubunda qəribə iddia: "Futbolçular rəhbərliklə məzələnir"

"Kəpəz"də baş verən son proseslər heç də ürəkaçan deyil.

Öncə Zamiq Əliyev, ardınca isə Bəxtiyar Həsənalizadənin yeni müqavilə bağlamasından qısa müddət sonra klubdan ayrılmaqları azarkeşlərin ciddi narazılığına səbəb olub.

Tərəfdarlar Zamiqin gözlənilməz gedişindən sonra millimizin müdafiəçisinin gəlişi ilə təsəlli tapmışdılar.

Dünən məlum oldu ki, 31 yaşlı müdafiəçi də qərb təmsilçisin Türkiyənin "Tuzlaspor" klubuna dəyişib.

Belədə fanatların səbr kasası daşıb, özü də necə.

Klubun sosial şəbəkə hesabına axın edən fanatlar rəhbərliyi apardığı siyasətə görə sərt tənqid ediblər:

"Bu nədi belə? Belə klub olar? Premyer Liqada belə klubu olanlar sonra da deyir ki, niyə ÇL-də oynamırıq?".

"Özünüzə hörmət edirsiz? Futbolçular sizinlə məzələnir. Boşda qalanlar gəlir, sonra da klub tapıb gedirlər. Klubu biabır etməyin".

"Bu nə deməkdir axı? 2 gündən sonra "Neftçi" ilə oyundur eyy, xəbəriniz varmı? Bu necə transfer siyasətidir?".

"Ən mırt klub".

"Rəhbərlik cizgi filmi çəkir, deyəsən".

"Özünüzə hörmətiniz yoxdur, heç olmasa klubun adına, tarixinə hörmət edin".

"Kəpəz" elə bil tuneldi - Bir tərəfdən girirlər, o biri tərəfdən çıxıb gedirlər".

"Heyf, ay "Kəpəz".

"Belə getsə komanda liqanı tərk edəcək".

"Sən öl "Kəpəz"i sayan yoxdur".

SPORTİNFO AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI