COP29

Masazırda olan azarkeşlərə "Sabah"dan XOŞ MÜJDƏ

28 İyul 2023 23:40 Azarkeş 2 388
Masazırda olan azarkeşlərə "Sabah"dan XOŞ MÜJDƏ

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın ev oyununa bilet satışı sabahdan Masazırda da başlayacaq.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasın izləmək istəyənlər "Bank Respublika Arena"ya yaxınlaşara kassalardan asanlıqla biletlərin əldə edə biləcəklər.

Əslində bilet satışı bir həftə əvvəldən elan olunub və aşağıda göstərilən ünvanlardan satış aparılır.

Sadəcə komandanın ev oyunlarını keçirdiyi arenada təmir işləri getdiyindən burada satış məntəqələrinin bərpası bir qədər zaman alıb.

Artıq yeni qurlaşdırılan kassalar hazırdı və sabahdan azarkeşlərin yolunu gözləyəcək.

Bu günə qədər satış onlayn şəkildə “iticket.az” saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə etmək mümkün idi.

“Iticket” satış məntəqələri: 28 mall, Gənclik mall, Heydər Əliyev sarayı, Azərbaycan kinoteatrının yanındakı kassa, Kontinental marketin yanındakı kassa (Nizami küçəsində), Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı “Asan xidmət” mərkəzləri, həmçinin Sumqayıt şəhərində yerləşən “Asan xidmət” mərkəzi.

Qeyd edək ki, “Sabah” – RFS matçı avqustun 3-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq