"Sabah"ın Latviya səfərində şəhidlərimiz belə yad edildi - VİDEO

26 İyul 2023 22:20 Azarkeş 1 892
"Sabah"ın Latviya səfərində şəhidlərimiz belə yad edildi - VİDEO

Bu gün Konfrans Liqasında mübarizəyə start verən "Sabah" Latviyada ilk oyunun keçirib.

Yerli RFŞ-nin qonağı olan təmsilçimiz ilk matçda sərfəli qələbə qazanıb - 2:0.

Qarşılaşmanı təxminən 100-ə yaxın azərbaycanlı azarkeş də tribunadan izləyib.

Komandamızı 90 dəqiqə dəstəkləyən tərəfdarlar matçın gedişində şəhidlərimizi yad etməyi də unutmayıblar.

Belə ki, 44 günlük Vətən Müharibəsindən sonra şəhidlərimizə həsr olunan "44-cü dəqiqə" ənənəsi Latviyada da davam etdirilib.

Fanatların həmin anda səsləndirdiyi "Şəhidlər ölməz, vətən bölünməz" şuarı görüşün keçirildiyi "Sloka" stadionunda rahatlıqla eşidilib.

Həmin anları sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"