
Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Sabah" bu gün mübarizəyə start verəcək.
İkinci mərhələdən turnirə qatılan təmsilçimiz ilk görüşünü Latviyada RFŞ-ə qarşı səfərdə keçirəcək.
Komandamız Rigada tək olmayacaq.
Belə ki, səfərə çıxan Masazır klubuna təxminən 10 nəfər azarkeş də qoşulub.
Say bununla da bitmir. Bir o qədər fanat is öz hesabına Latviyaya yola düşüb.
Bundan başqa Latviyada yaşayan 100-ə yaxın azərbaycanlı da oyun günü matçın keçiriləcəyi "Sloka" stadionuna təşrif buyuracaq.
İyulun 26-da “Sloka” stadionunda keçiriləcək ilk matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də Bakıda olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ