COP29

Lənkəranlı futbolsevərləri sevindirəcək YENİ VİDEO

15 İyul 2023 22:20 Azarkeş 717
Lənkəranlı futbolsevərləri sevindirəcək YENİ VİDEO

Böyük futboldan uzaq qalan Lənkəranda idmanın bu növünə maraq hər zaman böyük olub.

Ən ağır şərtlər altında da bölgənin həvəskar səviyyədə komandaları olub.

Bu dəfə isə cənub bölgəsində futbol komandası yaradılıb.

Cənub Regional Futbol Federasiyanın(CRFF) dəstəyi ilə rayonun Viyən kəndində yaradılan məktəbin açılış mərasimi də artıq baş tutub.

Belə ki, CRFF-nın prezidenti Sakin Məmmədzadə, məşqçilər Ağa Ağakişiyev və İlham Həmidli rəhbərliyi ilə başlayan məşqlərə kəndin 40-a yaxın azyaşlısı qatılıb.

İlk məşq futbolçular və kənd sakinləri tərəfindən yüksək qiymətləndirilib.

Məşqlər həftənin 1,3,5-ci günlər olmaqla kəndin yarımçıq meydançasında keçiriləcək.

Ümud edək ki, futbol eşqi ilə yaşayan bu uşaqlar yaxın gələcəkdə böyük komandanın əsas özəyini təşkil edəcəklər.

XANOĞLAN / SPORTİNFO.AZ

Yeni fəaliyyətə başlayan məktəbin məşqindən görüntüləri sizə təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq