COP29

YENİ! Musa Qurbanlı İsveçdə tək olmayacaq

4 İyul 2023 19:40 Azarkeş 8 027
YENİ! Musa Qurbanlı İsveçdə tək olmayacaq

Nəhayət, uzun sürən çək-çevirdən sonra Musa Qurbanlı legioner həyatı yaşamağa qərar verdi.

"Qarabağ"ın forvardının adı bir neçə ölkə klubu ilə birgə hallansa da o, sonda seçimini İsveçin "Yurqorden" klubundan yana etdi.

Yaxın günlərdə rəsmi imza olacağı gözlənilir.

Qərarı dəstəkləyənlər kimi, narazı qalanlar da oldu.

Təbii ki, hər şeyin doğrusunu zaman göstərəcək.

Ümid edək ki, Qurbanlı qısa müddətdə özünü İsveçdə göstərərək daha böyük klublara keçid edəcək.

Bu yolda onu böyük dəstək gözlədiyini isə indidən demək olar.

Belə ki, ağdamlıların "İmarət Avropa" qrupu neçə illərdi komandamızı səfər matçlarında aktiv dəstəkləyir.

İndi həmin mənəvi dayağı Musa da asanlıqla hiss edəcək.

Çünki adıçəkilən qrupunun liderləri məhz İsveçdə yaşayır.

Asanlıqla ehtimal etmək olar ki, "Yurqorden"in matçlarında İmarətçilər Musa üçün tribunada yer alacaqlar.

Kütləvi, fərdi olaraq fərq etməz.

Əsas odur ki, 21 yaşlı futbolçumuz "Qarabağ"ın ruhu olan "İmarət"in səsini, özünü İsveçdə də hiss edəcək.

Bundan yaxşı dəstək?

Qalır bircə bu inamı vuracağı qollarla doğrultmaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq