COP29

Millimizin oyununda anşlaq olacaq, yoxsa..? – RƏQƏM AÇIQLANDI

16 İyun 2023 19:00 Azarkeş 1 242
Millimizin oyununda anşlaq olacaq, yoxsa..? – RƏQƏM AÇIQLANDI

İyunun 17-də Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti görüşünə çıxacaq.

Canni de Byazinin yetirmələrinin Bakıdakı rəqibi Estoniya yığmasıdır.

Oyunun mərkəzdən uzaq Mərdəkanda – “Dalğa Arena”da keçirilməsi narahatlıq yaratmaya bilməz.

Bineyi qədimdən futbolsevərlərin bu stadiona getməklə bağlı problemi olub və bu, indiyə qədər davam edir.

Startdakı uğursuz oyunlardan sonra (milli Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub) ölkənin bir nömrəli futbol komandasının dəstəksiz qalacağını təxmin etmək çətin deyil.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza açıqlamasında Azərbaycan – Estoniya qarşılaşmasına canlı baxmaq üçün 4200-dən bir qədər artıq biletin satıldığını bildirdi.

Oyuna bir gün qaldığını və sayın artmaq ehtimalını nəzərə alsaq, 6700 nəfər tutumu olan stadion üçün 4200 nəfər az deyi. Təbii ki, biletlər əsl azarkeşlərə satılıbsa...

İyunun 17-də “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq