"Neftçi" FƏRYADI: "8 yaşlı uşağın, 68 yaşındakı babanın göz yaşı axıtmasına..." - VİDEO

8 İyun 2023 22:20 Azarkeş 950
"Neftçi" FƏRYADI: "8 yaşlı uşağın, 68 yaşındakı babanın göz yaşı axıtmasına..." - VİDEO

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən (3-cü pillə) “Neftçi”də bütün ümidlər ölkə kubokuna yönəlmişdi.

Amma burada da “Qəbələ”yə məğlub olan (1:2) “Ağ qaralar” mövsümü titulsuz başa vurmalı oldu.

“Baksel Arena”da baş tutan finaldakı məğlubiyyətdən bir neçə gün keçsə də fanatların qəzəbi hələ soyumayıb.

Məsələn, Abbaslı Mənsum kimi.

Redaksiyamızla əlaqə saxlayan adıçəkilən şəxs sevimli klubu ilə bağlı ürək sözlərini işıqlandırmağı bizdən xahiş edib.

Mənsumun məktubunu olduğu kimi sizə təqdim edirik:

“Salam. İlk öncə “Qəbələ”ni layiqli oyuna görə təbrik edirəm. Bilmirəm dərdimi hardan başlayım, harada bitirim. Açığı, komandamızın oyunundan tək mən deyil, “Neftçi” ağırlığını hiss edən hər bir fanat üzülmür, artıq utanırıq. Hər il Kamran Quliyevin yalançı vədləri ilə nəyəsə ümid bəsləyirdik, indi o ümidi də bizdə öldürüblər. Konfrans Liqasının qrupunda oynamağı özünə hədəf qoyan ay Hörmətli Kamran Quliyev, sən bu baş məşqçiylə aeroportdan o üzə keçə bilməzsən. Öz büdcənə baxıb, “Qəbələ”nin büdcəsinə baxıb sonra oyunu analiz edəndə utandın?

Yox, məncə, sən utanmazsan. Çünki səndə utanacaq üz yoxdu . Hazır pulardı yeyirsən, haram xoşun olsun. Sən utanmırsan, ancaq yazıq azarkeşlər utanır axı. Öz evimizdə, o qədər azarkeş qabağında utanc verici oyunla bizi ağlamağa məcbur edirsiniz . Ay hörmətli Kamran Quliyev, Elnur Eyvazov, Rüstəm Allahverdiyev, Rövşən Nəcəf, Zaur Qəhrəmanov, və fərsiz Laurentsiu Regekampf tirbunalara baxanda az da olsa utandız? 8 yaşında uşağın ağlamasına, 68 yaşındakı babanın uşaq kimi göz yaşı axıtmasına baxanda heçmi utanmadınız? Mən sizin əvəzinizdən cavab verim – xeyir. Siz bu heyətlə, bu rəhbərliklə çempionatda maksimum ortabab komandalarla heç heçə edə bilərsiz. Gözünüzü açın, ayılın sizdən köklü dəyişiklik bu ilin Konfrans Liqasının ən azı qrupuna düşmək, gələn il isə 2 ulduzu gözləyir bu azarkeşlər. Biraz az yeyin o havaya gedən pullardan. Sanballı 7-8 transfer edin, biz də başqa komanda azarkeşləri kimi qrup həyacanı yaşayaq. Axı siz də bilirsiz ki, Azərbaycanda bunu yaşamağı haqq edən komandalar arasında biz birinciyik. Laurentsiu Regekampf baş məşqçi kimi , Kamran Quliyevi prezident kimi isdəmirik. Bunlarla Avropada orta yox ha, ortadan da zəif komandalara qarşı oynamaq mümkün olmayacaq. “Qəbələ” ilə oyunda istefa çağıran biz azarkeşlər bunu sizə hər dəfəsində yaşadacayıq. Yeri gəlsə Konfrans Liqasının oyunlarında sizi stadionda tək qoyacağıq. Sizi ha “Neftçi”ni yox. Çünki “Neftçi”nin loqosu, tarixi qalır. Biz isə onu qorumağa çalışırıq. SOCAR-da başda oturanlar “Neftçi”ni görürsüz də… Gözlərinizi açın bir daha görün – Komandamızın, xalqın komandasının halına baxın . Sadəcə biabırçılıqdır. Bu azarkeşlər daima gülməyi haqq edirlər. Bizim dərdimizi dinləyəcək tək sizsiz. Bizə kuboku söz verib, hər dəfə ağız dolusu ilə kuboka hazırlaşırıq dediniz. Əsl “Neftçi”ni finalda görəcəksiniz dediniz. Amma finalda arxa qapıdan jurnalistlərdən, azarkeşlərdən qaçan Kamran Quliyev, Laurentsiu Regekampf dan bizə yar olmaz. Sportinfo.az sayıtının kollektivinə isə təşəkkür edirəm. Sözümüzü yerə salmadığınız, biz azarkeşləri də nəzərə aldığınız üçün çox sağ olun".

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti