COP29

Tərəfdarlar "Neftçi"nin məğlubiyyətindən narazı deyillər...

7 İyun 2023 17:00 Azarkeş 1 022
Tərəfdarlar "Neftçi"nin məğlubiyyətindən narazı deyillər...

"Neftçi"nin məşqçilər korpusu, futbolçuları, rəhbərliyi növbəti dəfə titul qazanmaq şansını puç etdilər.

Futbolda qələbə olduğu kimi, məğlubiyyət də qaçılmazdı.

"Ağ qaralar"ın ölkə kubokunun finalında "Qəbələ"yə məğlub (0:1) olması da futbolun tərkib hissəsidir.

Amma futbolçuların meydandakı 120 dəqiqəlik çıxışlarının futbola heç bir dəxli yox idi.

4 hissəlik mübarizənin heç birində Regekampfın yetirmələri üstün olmağı bacarmadı.

Doğma meydanda, yerli publika önündə bu qədər qorxaq olmağın heç bir izahı yoxdur.

Bölgə klubu bir qədər diqqətli olsaydı hesab daha biabırçı ola bilərdi.

Axı rəqib Avropanın hansısa adlı-sanlı klubu deyildi. Heç ölkəmizin də indiki durumda ən güclü sayacağımız öncül klublarından deyildi.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev rumıniyalıdan ən azı 4 dəfə az maaşa çalışır.

Əlinin altında isə 1000 dollara oynayan Atanqana, ötən mövsümün sonu "Neftçi"yə lazım olmayan Ramon Maçado, futbolu atmağın astanasından qayıdan Ülvi İsgəndərov və.s. kimi futbolçular var.

Oyuna qoyulan mükafat da "Neftçi"də rəqibə nisbətdə minimum 2 dəfə çox idi.

Daha uğur qazanmaq, tərəfdarlara kubok bəxş etmək üçün nə çatmırdı?

Qalırdı bircə meydana çıxıb şərəflə döyüşmək, kişi kimi mübarizə aparmaq, meydanda ruhunu qoymaq.

Bax, hər şeydə - şəraitdə, mükafatda, büdcədə sizdən geri qalan "Qəbələ" futbolçuları bunu da sizdən çox yaxşı bacardılar.

Elə tərəfdarları da qəzəbləndirən məğlubiyyət yox, yuxarıda sadaladığım acı həqiqətlərdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq