“Qarabağ”ın ÇL-də sonuncu ev oyununa nə qədər satış olub?

21 Yanvar 13:40 Azarkeş 1 187
“Qarabağ”ın ÇL-də sonuncu ev oyununa nə qədər satış olub?

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”la oyunu üçün satılan bilet sayını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, artıq matça 26 min 500 ədəd bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.

“Qarabağ” – “Ayntraxt” oyunu bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı