Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, günün üçüncü matçında "Araz-Naxçıvan" II Liqa təmsilçisi "Kür-Araz"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/8 finalda "İrəvan"la qarşılaşacaq.
Daha əvvəl "Kəpəz" və "Qaradağ Lökbatan" növbəti mərhələyə vəsiqə qazanıblar. Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə münasibətləri aydınlaşdıracaq.
Ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.