Millinin forvardı niyə Azərbaycana qayıtmaq istəmədi?

23 Fevral 2024 15:00 Araz-Naxçıvan 1 192
Millinin forvardı niyə Azərbaycana qayıtmaq istəmədi?

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Araz-Naxçıvan”ın Əli Qurbanit ilə danışıqlar apardığını xəbər vermişdik.

Muxtar Respublika təmsilçisi 33 yaşlı ön xətt oyunçusuna dəvət göndərmişdi.

“Ağ-qırmızılar” ona 1,5 illik müqavilə təklif etmişdi.

Ancaq o, İranda qalmağı lazım bildi, "Paykan"la müqavilə imzaladı.Mövsümün sonuna qədər bu komandaya kömək edəcək.

İran kökənli forvardın “Araz-Naxçıvan”ın çağırışını geri çevirməsi sırf maliyyə məsələləri ilə əlaqədardır.

Belə ki, «ağ-qırmızılar» ona 5000 dollar əməkhaqqı ödəməyə hazır olub. O, öncə razılaşsa da, sonra bundan iki dəfə artığını tstəyib.

Qurbani 2020-2022-ci illəri “Sumqayıt“da keçirib. “Gənclik şəhəri” təmsilçisinin heyətində 42 oyuna 14 qol vuran hücumçu ölkəmizdən ayrılandan sonra İranda “Fulad”ın formasını geyinib.

Canni De Byazinin Azərbaycan millisinə cəlb etdiyi forvard 3 il ərzində 8 dəfə meydana çıxıb, amma qol hesabını aça bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda