"Gücümüz çatmadı" - Yuri Maksimov

17:50 Araz-Naxçıvan 139
"Gücümüz çatmadı" - Yuri Maksimov

"Araz-Naxçıvan" Misli Premyer Liqasında X turunda Şamaxı şəhər stadionunda "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Deyərdim ki, gücləri çatmadı. 3 xal qazansaydıq, təbii ki, yaxşı olardı. Növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik.

- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?

- Düşünürəm ki, 2 xal itirməsəydik, yaxşı olardı.

- Futbolçularınız epizodları qaçırırdı. Məsuliyyət çatmır?

- Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Yuxarı pillələrdə olsaydıq, daha yaxşı oyun göstərə bilərdik.

Digər Xəbərlər
Xəbər Lenti