Premyer Liqada 25 qola imza atan hücumçu kimdir?

02:30 Araz-Naxçıvan 49
Premyer Liqada 25 qola imza atan hücumçu kimdir?

Misli Premyer Liqasının 11-ci turu “Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.

Sportinfo.a zxəbər verir ki, o, turnirdə 200-cü matçını keçirib.

İsgəndərovun yubileyi “Şəfa” ilə səfər görüşünə (2:2) təsadüf edib. Ülvi bu qarşılaşmalarda 25 qola imza atıb.

Debütü 2017/18 mövsümündə gerçəkləşən futbolçu 3 klubun formasını geyinib. “Sumqayıt”da 18 (3 qol), “Qəbələ”də 118 (17 qol) dəfə meydana çıxan İsgəndərov indiki klubunda 64 dəfə (5 qol) şans qazanıb.

Ülvi çempionatın yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!