“Araz-Naxçıvan” daha bir...

03:00 Araz-Naxçıvan 59
“Araz-Naxçıvan” daha bir...

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 1-ci dövrəsində qələbə qazana bilməyib.

Muxtar Respublika təmsilçisi keçirdiyi 11 matçda 4 heç-heçə edib və 7 dəfə uduzub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, son 4 mövsümdə ilk dəfə iştirakçılardan biri Premyer Liqanın startında ardıcıl 11 görüşdə qələbə qazanmayıb.

Sonuncu belə seriya 2022/23 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda – “Sumqayıt”la “Şamaxı” ilk 11 turda qalib gələ bilməyib.

4 il əvvəl də hər iki komanda 11 matçda 4 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!